Minneapolisdə etiraz aksiyaları səngimir | VİDEO

Minneapolisdə etiraz aksiyaları səngimir    | VİDEO
  14 Yanvar 2026    Oxunub:699
ABŞ-nin Daxili Təhlükəsizlik nazirliyi (DTN) İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) hərəkətlərinə etirazlar fonunda Minnesota ştatının Minneapolis şəhərinə bu qurumun daha 1000 əməkdaşını göndərəcək.
AzVision.az “New York Times (NYT)” nəşrinə istinadən xəbər verir ki, DTN rəhbərinin köməkçisi Trişia Maklaflin bu əməkdaşların Gömrük və Sərhəd Mühafizəsinin artıq Minneapolisdə yerləşən iki min zabitinə qoşulacaqlarını bildirib.

Bir həftə əəvl Maklaflin Minneapolisdə ICE əməliyyatı zamanı iğtişaşların baş verdiyini, etiraz aksiyasının iştirakçılarından birinin öz maşını ilə zabitləri vurmağa cəhd etdiyini açıqlamışdı.
Onun sözlərinə görə, həmkarlarının həyatına yarana biləcək təhlükədən qorxan zabitlərdən biri atəş açar hücum edəni ölümcül yaralayıb. Amerika mətbuatının məlumatına görə, hadisənin qurbanı olmuş Rene Nikol Qud adlı 37 yaşlı qadın üç uşaq anası idi.

“Minneapolisdə bir qadının ABŞ-nin miqrasiya agenti tərəfindən öldürülməsindən sonra başlayan və toqquşmaya çevrilən etiraz aksiyalarında həbslər davam edir”, - qəzet yazır.

ABŞ-nin vitse-prezident Cey Di Vens elə həmin gün immiqrasiya məmurlarının hərəkətlərini dəstəklədiyini bildirib. O, hücum çəkənlərə müraciətində federal orqanların qanunun aliliyinin təminatı üçün daha qətiyyətli addımlar atacağını vurğulayıb.

Lakin faciəli hadisədən sonra Minneapolis şəhərinin meri Ceykob Frey ICE-dən şəhərdən “rədd olmağı” tələb edərək, federal hökumətin özünümüdafiə iddiasını “cəfəngiyyat” adlandırdı. Minnesota ştatının qubernatoru Tim Uolts, öz növbəsində, hələ yanvarın 8-də ştatın Milli Qvardiyasının yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Minneapolis   etirazlar   polis  



Xəbər lenti